Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Dmitri Xomuxa istefaya göndərilib. Sportarena.az xəbər verir ki, buna səbəb sözügedən komandanın AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində çox uğursuz çıxış etməsi göstərilir.
Xüsusilə, şimalı qonşularımızın Bakıda Azərbaycanın gənclərdən ibarət yığmasına 0:3 hesablı məğlubiyyəti Rusiya futbol ictimaiyyəti tərəfindən kəskin tənqidlərlə qarşılanmışdı. Nəhayət, Rusiya futbol başbilənləri vəziyyətdən çıxış yolunu Xomuxanı istefaya göndərməkdə görüblər.
Qeyd edək ki, Rusiya Bakıdakı məğlubiyyətdən sonra AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq şansını demək olar ki, itirib.