Noyabrın 25-də Bakının qadın voleybolçulardan ibarət “Lokomotiv” komandası Çempionlar Liqası yarışları çərçivəsində növbəti oyununu keçirib.
Turnirin üçüncü turunda “Lokomotiv” Azərbaycan Voleybol Mərkəzində Almaniyanın “Alyants Ştutqart” klubunu qəbul edib.
Türkiyəli baş hakim Nurper Özbarın idarə etdiyi oyunun ilk hissəsi “Lokomotiv”in 25:18 hesablı üstünlüyü ilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsində “Lokomotiv” çətinlik çəkmədən qələbə qazanıb – 25:17. “Lokomotiv” üçüncü seti də öz xeyrinə başa vurub – 25:18 .
Beləliklə, görüş “Lokomotiv”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionlar Liqası yarışlarının “A” qrupunda mübarizə aparan “Lokomotiv” ilk görüşdə “Dinamo Kazan”a 1:3 hesabı ilə məğlub olsa da, Bakının “Azərreyl” komandasına 3:1 hesabı ilə qalib gəlib.