"Tottenhem"in baş məşqçisi: "Bu qarşılaşmaya çox ciddi yanaşırıq"

22:22 25 Noyabr 2015

“Bir neçə əsas oyunçumuzu Bakıya gətirməməyimizə baxmayaraq, sabah heç-heçə üçün oynamayacağıq”.

Sportarena.az xəbər verir ki, bu sözləri “Tottenhem”in baş məşqçisi Maurisio Pokettino deyib.
 
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Bakıda “Qarabağ”la qarşılaşacaq London klubunun çalışdırıcısı oyunöncəsi mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb: “Bu qarşılaşmaya çox ciddi yanaşırıq və buraya qələbə üçün gəldiyimizi gizlətmirik. Sabah çətin oyun olacaq, ancaq Premyer Liqa da bizim üçün çox vacibdi. Elə buna görə də “Çelsi” ilə oyunöncəsi bir neçə əsas oyunçuya istirahət verdim. Bu o demək deyil ki, “Qarabağ”la oyun bizim üçün vacib deyil. Bizim öz oyun üslubumuz var və ifaçıların kimliyindən asılı olmayaraq çıxış etdiyimiz bütün turnirlərdə öz taktikamıza sadiq qalırıq. Rəqibimiz güclü komandadı. “Anderlext”lə müqayisə eləsək, heç də ondan geri qalmır. Görək sabahkı oyunda bizim üçün nə hazırlayıblar”.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti