UEFA Bakının "İnter" klubuna qarşı iş açıb.
Qurumun klubların maliyyə nəzarəti üzrə İstintaq Palatası İnstansiyası 6 klubun işini Arbitraj Palatasına verib. Bunlar Portuqaliyanın "Braqa", Rumıniyanın "Astra", "Botoşani", "Tırqı Mureş", Ukraynanın "Dnepr" və Bakının "İnter" klubudu.
Qurumun belə addım atmasına səbəb yuxarıda adı çəkilən komandaların 30 iyun - 30 sentyabr aralığında vacib sahələrdə ödənişlərlə bağlı tələblərin pozmasıdı.
Məsələylə bağlı son qərarı bu ilin sonunadək Arbitraj Palatası verəcək.