“Barselona”nın və Türkiyə millisinin futbolçusu Arda Turanın daha bir təqdirəlayiq hərəkəti ortaya çıxıb.
Sportarena.az xəbər verir ki, futbolçu Bakırköy Qadın həbsxanasında yerləşən Ədalət məktəbinin uşaqlarının 1 ildən artıqdır ki, günorta yeməyinin xərclərini öz üstünə götürüb.
Həmin cəzaçəkmə müəssisəsində 225-i əcnəbi olmaqla 881 qadın cəza çəkir. Ədalət məktəbində isə 2-6 yaş arası 35 uşaq var.