İngiltərənin məşhur nəşri "Qarabağ"dan yazdı

11:07 26 Noyabr 2015

İngiltərənin nüfuzlu "The Sun" qəzeti "Tottenhem" klubu ilə bu gün Avropa Liqasının qrup mərhələsinin V tur matçında üz-üzə gələcək "Qarabağ" komandası barədə məqalə dərc edib.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, məqalə "Tottenhem"in "kabus şəhərindən" olan rəqibi barədə beş fakt" adlanır.

 

Yazıda deyilir ki, "Qarabağ"ın doğma şəhəri olan Ağdam Dağlıq Qarabağ münaqişəsi zamanı erməni ordusu tərəfindən dağıdılıb, əhalisi isə şəhəri tərk edib.

 

Daha sonra deyilir ki, Ağdamdan olan klub futbol üzrə Azərbaycan çepionatının son iki mövsümün qalibi olub və bu mövsüm Çempionlar Liqasında iştirak etsə də, Şotlandiyanın "Seltik" klubu tərəfindən məğlub edilib.

 

Məqalədə, həmçinin Bakı barədə məlumat verilib. Nəşr bildirir ki, Bakıda bu il ilk Avropa Oyunları keçirilib və burada Harri Kasparov kimi tanınmış şahmatçı dünyaya gəlib.


Digər xəbərlər

Xəbər xətti