İki günlük istirahətin ardından “Xəzər Lənkəran” bir araya gəlib. Sportrena.az "12cioyuncu.info" saytına istinadən xəbər verir ki, komanda noyabrın 25-də günün birinci yarısında doğma şəhərdə toplanıb. Saat 16:00-da stadionun ehtiyat meydançasında isə məşqə başlayıb.
Hazırlıq prossesinə Manuel Sakralatake və Orxan Əliyevdən savayı bütün futbolçular qatılıblar. Gənc futbolçu əməliyyat sonrası ümumuyyətlə məşqlərdə iştirak edə bilmirsə Rumın müdafiəçi artıq trinajorlarda çalışamağa başlayıb.
Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XIV turunda “Zirə” ilə səfərdə qarşılaşacaq. Görüş noyabrın 28-də saat 16:30-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.