"Kəpəz"in Braziliyada iki əməliyyat keçirən futbolçusu Dario Frederikonun klinikadan evə buraxılması haqda xəbər vermişdik. Məcburi istirahətə çəkilən futbolçunun nə vaxt klubun düşərgəsinə qayıdacağı hələ ki, dəqiq məlum deyil. Amma gələn həftə müayinədən sonra Frederikonun durumuna aydınlıq gələcək.
Sportarena.az xəbər verir ki, Dario kapazpfc.az saytına qısa açıqlama verib. O, indi özünü yaxşı hiss etdiyini bildirib:
"Əməliyyatdan sonra yavaş-yavaş bərpa olunuram. Evə buraxılsam da, bərpa dövrünün əsas hissəsini klinikada keçirəcəm. Yaxında fizioterapiya kursları başlayacaq. Gündə iki dəfə klinikaya gedib-gələcəm. Demək istəyirəm ki, vəziyyətim normaldır. Hamıya salamım var. Komanda yoldaşlarıma uğurlar arzulayıram, onlardan qələbələr gözləyirəm. Azarkeşlərin isə "Kəpəz"i çılğın şəkildə dəstəkləməkdə davam etmələrini istəyirəm".