"Bavariya"da qalır, yoxsa gedir? Quardiola qərarını açıqladı

13:25 26 Noyabr 2015

Aylardır "Bavariya"da qalıb-qalmayacağı müzakirə olunan Xosep Quardiola qərarını açıqlayıb. Sportarena.az xəbər verir ki, ispan mütəxəssis Münhen klubu ilə yola davam etmək qərarına gəlib.

 

Təcrübəli çalışdırıcı gələn ilin yayında başa çatacaq müqaviləsinin müddətini uzadacaq. Artıq tərəflər bununla bağlı razılığa gəliblər. Yeni kontrakta əsasən, Quardiolanın illik gəliri 24 milyon avro olacaq.

 

Qeyd edək ki, "Bavariya"nın baş məşqçisi ilinə 19 milyon avro qazanır.


Digər xəbərlər

Xəbər xətti