"Heç yerə getmirəm" - Rahid Əmirquliyev

13:54 26 Noyabr 2015

Son günlərdə “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev haqqında yazılan yazılar sosial şəbəkələrdə səs-küyə səbəb olub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının sonuncu turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzduqdan sonra mətbuata açıqlama verən millimizin də üzvü vəziyyətin belə davam edəcəyi halda cənub klubunu tərk edəcəyini deyib.

 

Onun bu sözləri birmənalı qarşılanmayıb. 9 ildir ki, "Xəzər Lənkəran"da çıxış edən futbolçu tənqid atəşinə tutulub. Amma cənublu fanatlar kapitanlarını müdafiə edib. Əmirquliyev özü də sosial şəbəkələrdə bu yazılara rəy bildirib: "Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. Belə şeylərə fikir verməyin. Hamı kimin kim olduğunu yaxşı tanıyır. Mən “Xəzər Lənkəran”dayam və burda çox uğurlar qazanmışam. Heç yerə getmirəm. Belə yazılarla məni ruhdan salmağa çalışırlarsa, bu, mümkün deyil. Yenə də mənə dəstək olan hər kəsə təşəkkürlər".


Digər xəbərlər

Xəbər xətti