Xaqani Məmmədov "Neftçi" - "Qarabağ" oyununda

15:53 26 Noyabr 2015

Topaz Premyer Liqasının 14-cü turunun oyunları üçün bütün təyinatlar açıqlanıb. Sportarena.az xəbər verir ki, artıq oyunların hakim-inspektor və AFFA nümayəndələri də məlum olub.

 

Məlumat üçün qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçının hakimi Ömər Paşayevin işinə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov qiymət verəcək.

 

27 noyabr (cümə)

“Kəpəz” – “İnter”

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Nahid Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Şahin Cəfərov

Gəncə şəhər stadionu, 14:00

 

28 noyabr (şənbə)

“Zirə” – “Xəzər Lənkəran”

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Kərim Ağayev

Zirə İdman Kompleksinin stadionu, 16:30

 

AZAL – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov AZAL Arena, 14:30

 

29 noyabr (bazar)

“Neftçi” – “Qarabağ”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Xaqani Məmmədov

“Bakcell Arena”, 17:00

 

30 noyabr (bazar ertəsi)

“Qəbələ” – “Rəvan”

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Əli Hüseynov

Qəbələ şəhər stadionu, 17:00


Digər xəbərlər

Xəbər xətti