"Simurq"un sabiq baş məşqçisi yığmanı çalışdırmaq istəyir

17:27 26 Noyabr 2015

"Simurq"un sabiq baş məşqçisi Sergey Yuran Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasını çalışdırmaq istəyir. Sportarena.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis özü məlumat verib. Yuran U-21-in sükanı arxasına keçməyə hazır olduğunu bildirib:

 

"Gənclər yığmasının baş məşqçisi ola bilərəmmi? Bəli, bu, mümkündü. Mənim kifayət qədər təcrübəm və nüfuzum var. Oyunçularla necə çalışmaq lazım olduğunu yaxşı bilirəm".

 

Xatırladaq ki, U-21-lər arasında AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına böyükhesablı (0:3) məğlubiyyət rusların baş məşqçisi Dmitri Xomuxanın istefaya göndərilməsi ilə nəticələnmişdi.

 

Qeyd edək ki, Sergey Yuran 2011-ci ildə qısa müddət “Simurq”a rəhbərlik edib.


Digər xəbərlər

Xəbər xətti