"İngiltərəyə yaxşı əhval-ruhiyyədə qayıdırıq" - Poçettino

00:34 27 Noyabr 2015

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edən "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino jurnalistlərin suallarını cavablandırıb.

 

- Oyun haqda fikirləriniz?

- Oyunumuzdan razı qaldım. Çox çətin oyun keçdi. “Qarabağ” çox güclü komandadır və ilk dəfə meydanında məğlub oldu. Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox xoşbəxtəm.

 

- Belə çətin oyundan sonra London derbisinə necə hazırlaşacaqsınız?

- Təbbi ki, İngiltərəyə yaxşı əhval-ruhiyyədə qayıdırıq. Bəlkə də yorğun olacağıq. Amma həmin görüşdə də qalib gəlməyə çalışacağıq.

 

- Son turda “Qarabağ” “Tottenhem”in qələbəsinə ümid edəcək. Həmin oyuna ciddi yanaşacaqsız?

- Belə deməzdim, çünki biz bütün komandalara ciddi yanaşırıq. “Monako”nu da məğlub etməyə çalışacağıq.

 

- Harri Keyn “Çelsi”yə keçib-keçməyəcəyi haqda nə deyə bilərsiz?

- Mediada belə xəbərlərə rast gəlmək mümkündü. Keyn bizim əsas futbolçumuzdu və burada xoşbəxtdi.

 

- İlk hissənin sonlarında “Tottenhem” futbolçuları “feir-pley” qaydalarına riayət etmədi…

- Bəli, bəli… Hakim həmin epizodda oyunu dayandırmalı idi. Mən də, çox üzgünəm


Digər xəbərlər

Xəbər xətti