"Belə çətin görüşdə sona qədər mübarizə apardıqları üçün futbolçularıma təşəkkür edirəm. Çox çətin oyun oldu. Çətin rəqibə qarşı oynayırdıq. Azarkeşlərdə də təşəkkürümü bildirirəm".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Tottenhem"ə 0:1 hesablı məğlubiyyəti şərh edib:
- Ötən mövsümdə də şans son tura qalmışdı...
- Qrupumuz çətin qrup idi. Adlı-sanlı və tarixi komandalardı. Bəzən istədiyimiz oyunu göstərə bilmirik. İldən-ilə təcrübəmiz artır. Hər il güclü komandalarla eyni qrupa düşmək bizim üçün əlavə təcrübədir. Təcrübə qazanmaq üçün belə komandalara qarşı çox oynamalıyıq. Sözün düzü şansımız çox çətindi.
- Premyer Liqanın adlı-sanlı komandasına məğlub olduq. “Qarabağ”dan çox uğur gözləyirik…
- İstək və mübarizliklə güclü komandalara məğlub etməyə çalışırıq. Məncə, qələbə gözləməlisiniz. Şəxsən mən çox sevinirəm. İllər keçdikcə futbolçuların iştahı da artır.
- Oyun hesaba görə oldu?
- Qol epizodlarını düşünsək, şanszızlıq oldu, 3-4 qol real qol epizodlarımız oldu. Nəticə hesaba görə oldu, rəqibi nəzərə almaq lazımdır çox güclü idi.