"Rəqibimiz çox güclü idi, böyük komanda idi. Qolumuzun ofsayd olması da, bəxtimizin olmaması demək idi. "Qarabağ"ın ofsaydlarla bəxti gətirmir. Məncə, əlimizdən gələni etdik, mübarizə apardıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib. Klub rəsmisi Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Tottenhem"ə uduzduqları oyun haqda fikirlərini açıqlayıb:
"Qrupumuz çox çətin idi, hər bir oyunda qələbəyə yaxın olmuşuq. Klubumuzla fəxr edirəm. Qrupdan çıxmaq üçün çox az şansımız var, "Anderlext"lə səfər oyununda qələbə qazanmaq istəyirik, bilmirəm, bu qələbənin nə qədər təsiri olacaq. Amma səfərdə qazanılan 3 xal bizim üçün motivasiya olacaq".