Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ" "Tottenhem"ə 0:1 hesabı ilə məğlub olub. Sportarena.az xəbər verir ki, matçdan sonra jurnalistlərin suallarını cavablandıran Əfran İsmayılov oyun haqda fikirlərini açıqlayıb:
"Maraqlı oyun oynadıq. Elə bir komandaya qarşı oynayırdıq ki, rəqibin gücünü hamıya məlum oldu. Azarkeşlər önündə yaxşı oyun göstərdik. Qrupdan çıxmağı çox istəyirdik. Əlimizdən nə gəldi, nə bacardıqsa, elədik. Künc zərbəsi epizodu gözümün qabağında oldu. Rəşad topu vurdu və top meydanı rəqibdən tərk etdi, amma hakim korner təyin etdi. Həmin küncdən zərbəni də başladılar və qol vurdular. Futbolda belə halların olması normaldır. Ofsayd epizodu barəsində isə heç nə deyə bilmərəm".