"Qarşımızda güclü rəqib var idi. Buna baxmayaraq, qol imkanı yaratdıq. Ancaq imkanlardan istifadə edə bilmədik. Rəqibi həqiqətən də qiymətləndirmək lazımdır".
Sportarena.az xəbər verir ki, bu sözləri PAOK-un baş məşqçisi İqor Tudor Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə oyundan (0:0) sonra deyib.
- Berbatov əvəzlənməsini etirazla qarşıladı. Bunun səbəbi nə idi?
- Oyunundan razı qalmadı. Onsuz da bütün futbolçular əvəzlənməsindən razı olmurlar. O, 4 gün bundan əvvəl 90 dəqiqə meydanda olub. Ancaq bu gün Berbatovun çıxışı məni qane etmədi.
- PAOK 5-ci dəfədir ki, Avropa Liqasının qrup mərhələsində çıxış edir. İlk dəfədir ki, qələbə üzünə həsrət qalıb...
- Komandanı günahlandırmaq olmaz. Ancaq bəxtsizlik oldu. Eyni sözlər Bakıdakı oyuna da aiddi. "Borussiya" oyunlarda da qol imkanlarımız olsa da, bundan yararlana bilmədik.Azarkeşlər oyundan yox, nəticədən narazıdı.
- Heç-heçədən sonra əsəbləşmisiz?
- Şərabdansa su içmək məsləhətdi.