"Zədədən sonra medal uğrunda mübarizə aparmaq çox çətindi"

10:42 27 Noyabr 2015

"Güləşməyim məni qane etmədi, amma yenə də qazandığım medala görə sevinirəm".

 

Sportarena.az xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Orxan Səfərov deyib. Cənubi Koreyanın Jeju şəhərində keçirilən Qran-Pri yarışının birinci günü Səfərov üçün uğurlu olub. 60 kq çəki dərəcəsində yarışan idmançı bürünc medala sahib çıxıb. Səfərov yarışdan sonra Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə fikirlərini açıqlayıb:

 

"Zədədən sonra medal uğrunda mübarizə aparmaq çox çətindi. Hələ də ideal formada deyiləm. Hamı bilir ki, 5 ay zədədən sonra qayıtmaq, güləşmək və medal qazanmaq çox çətindi, amma şükür bunu bacara bildim".

 

Cüdoçu üçüncü döyüşündə komanda yoldaşı İlqar Müşkiyevlə görüşündən də danışıb: "Onunla döyüşümüz çox gərgin keçdi. Məncə, bizim üçün bu yaxşı amildi ki, 60 kiloqram çəkidə iki güclü idmançımız var. Bu da hər ikimizə daha yaxşı nəticələr göstərməyə stimul verir. Zədədən sonra ilk təlim-məşq toplanışıma qatılacam. İnşallah, bu toplanışı zədəsiz başa vurarıq. Məşqlərimiz yaxşı keçir. Monqolustandan sonra yarışlarda daha da yaxşı çıxış edəcəyik".


Digər xəbərlər

Xəbər xətti