"Qəbələ"nin rəqibindən almanlara ŞOK mesaj - FOTO

12:43 27 Noyabr 2015

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən "Krasnodar" - "Borussiya" oyununda maraqlı hadisə yaşanıb. Sportarena.az xəbər verir ki, rusların stadiondakı "Wİ-Fİ" üçün müəyyənləşdirdikləri parol matçdan daha çox müzakirə olunub.

 

Belə ki, "Krasnodar" rəsmiləri şifrə kimi "19411945" rəqəmlərindən istifadə ediblər. İlk baxışdan normal görünən bu rəqəmlər əslində simvolik hadisəyə işarədir. Belə ki, ruslar bununla 1941-1945-ci il İkinci dünya müharibəsində almanların SSRİ-yə uduzmasını onlara xatırladıblar.

 

Qeyd edək ki, "Qəbələ"nin də yer aldığı qrupda "Borussiya"nı 1:0 hesabı ilə məğlub edən Kuban təmsilçisi adını növbəti mərhələyə yazdırıb.

 


Digər xəbərlər

Xəbər xətti