Bu gün Topaz Premyer Liqasının XIV turunda keçiriləcək “Kəpəz” -“İnter” oyunu bir dəqiqəlik sükutla başlayacaq və Gəncə klubunun futbolçuları meydana qara sarğı ilə çıxacaq. Sportarena.az xəbər verir ki, buna səbəb komandanın bu yaxınlarda vəfat edən fəal azarkeşi Hüseyn Hüseynovun əziz xatirəsinin anılmasıdır.
Stadionun tribunasında isə “Hüseyn dayı, siz həmişə bizimləsiz” baneri açılacaq.
Xatırladaq ki, hamının Hüseyn dayı kimi tanıyıb çağırdığı fanat 74 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Hüseynov bütün ölkədə "Kəpəz"in çılğın azarkeşi kimi tanınıb.