Ağır atletika üzrə dünya çempionatı: 94 kq-da medal olmadı

14:57 27 Noyabr 2015

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatı davam edir. Sportarena.az xəbər verir ki, 94 kq çəki dərəcəsində podiuma çıxan Azərbaycan idmançıları medal qazana bilməyiblər.

 

B qrupunda mübarizəyə qoşulan İntiqam Zairov burada 1-ci yeri tutsa da, yekun nəticədə 9-cu olub. O, toplamda 380 kq nəticə göstərib. Birdən qaldırmada 173 kq çəkini ram edən həmyerlimiz təkanla qaldırmada 207 kq çəkinin öhdəsindən gəlib.

 

Bu çəkidə digər təmsilçimiz Rövşən Fətullayev 12-ci olub. O, 2 hərəkətin cəmində 373 kq (166 kq + 207 kq) nəticə göstərib.

 

Onlardan öncə 69 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Anastasiya İbrahimli də ümidləri doğrultmayıb. O da B qrupunda mübarizə aparıb və yekunda 13-cü pillədə qərarlaşıb. Atletimiz 230 kq (100 kq + 130 kq) nəticə göstərib.

 

Qeyd edək ki, yarışın növbəti günündə Dadaş Dadaşbəyli və Nailxan Nəbiyev (hər ikisi 105 kq) nəyə qadir olduğunu göstərəcək. Hələlik isə millimizin hesabında 2 medal var. Boyanka Kostovanın (58 kq) çempion olduğu yarışda Valentin Xristov (62 kq) bürünc medala sevinib.


Digər xəbərlər

Xəbər xətti