"Anderlext"in futbolçusu Stiven Defur Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"a qarşı matçda oynamayacaq.
Sportarena.az xəbər verir ki, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin cəzalı duruma düşməsidir. O, "Monako" ilə görüşdə bu mövsüm 3-cü sarı vərəqəni aldığı üçün son turda iştirak edə bilməyəcək.
Qeyd edək ki, S.Defur “Qarabağ”la Bakıda keçirilən oyunda və “Monako” ilə hər iki qarşılaşmada sarı vərəqə alıb.