"Bu cür meydançada baxımlı oyun sərgiləmək çox çətindir. Əgər penaltidən yararlana bilsəydik, hadisələrin axarı başqa cür olacaqdı".
Sportarena.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib. Gürcü mütəxəssis Premyer Liqanın XIV turunun açılış oyununda "Kəpəz"lə səfər heç-heçəsinə şərh verib:
"Ümumi götürsək, hər iki komanda döyüşdü. Səfərdə qazanılan xalı pis nəticə hesab etmirəm. Klubda maliyyə durumu normallaşır. Futbolçular sentyabr və oktyabr ayları üçün nəzərdə tutulan maaşlarını alıblar, digər ayların maaşları da vaxtında ödəniləcək".