"Rəqibə hörmətsizlik olmasın, amma biz bu gün 2 xal itirdik" - Şahin Diniyev

17:03 27 Noyabr 2015

"Meydançanın durumu baxımlı oyun sərgiləməyimizə imkan vermədi. Komandama oyunun ritmini tutduğuna görə təşəkkür edirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın XIV turunda "İnter"lə 0:0 hesablı bərabərə qaldıqları oyun haqda fikirlərini açıqlayıb:

 

"Düşünürəm ki, ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Sadəcə, bəxtsizlik və rəqibin qapıçısı Səlahət Ağayevin gözəl oyunu bizi qələbədən məhrum etdi. Rəqibə hörmətsizlik olmasın, amma deyim ki, biz bu gün 2 xal itirdik. "İnter"in penaltidən başqa hər hansı bir ciddi qol şansı olmadı. Bu görüşü unutmalı və növbəti oyunlara hazırlaşmalıyıq. Əsas odur ki, komandamız yaxşı futbol sərgiləyir və ümidlərim böyükdür".


Digər xəbərlər

Xəbər xətti