"Bakı İslam Həmrəylik Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək"

17:43 27 Noyabr 2015

"Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları dünya üçün böyük hadisəyə çevriləcək. Bu Oyunlar dünyaya sübut edəcək ki, İslam dini sülh, qardaşlıq və mərhəmət dinidi".

 

Sportarena.az APA-ya istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov İSESCO Baş Konfransının Bakıda keçirilәn iclasında deyib.

 

Nazir bildirib ki, yarışlarda 5 mindən çox idmançı 20 idman növü üzrə mübarizə aparacaq: "Bakı 2017-ci ildə İslam Həmrəylik Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Biz böyük tədbirləri uğurla təşkil etmək təcrübəsinə malikik. İslam Həmrəylik Oyunları olimpiya və qeyri-olimpiya oyunları üzrə keçiriləcək. Bu, təkcə İslam ölkələrinin idman potensialını deyil, həm də İslam mədəniyyətini dünyaya nümayiş etdirəcək".


Digər xəbərlər

Xəbər xətti