“Xəzər-Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanov klubundan ayrılıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun azarkeşlərlə iş üzrə əlaqələndiricisi Elman Tağıyev məlumat yayıb:
“Əziz azarkeşlərimiz, Rasim Ramaldanov hər birinizə təşəkkür edir. Haqqını halal edir, sizlərdən də halallıq istəyir:
“Heç kim istəməzdi belə olsun. Amma vəziyyət belə alındı. Təəssüflər. Hamınız yaxınsız mənə, hamınıza ayrı ayrılıqda təşəkkürümü bildirirəm. Sağolun, var olun. Bu günə kimi kədərimiz də bir olub, sevincimiz də. Hər birinizə uğurlar”.