Türkiyə Superliqasında daha bir baş məşqçi istefası reallaşıb. “Bursaspor” klubu baş məşqçi Ərtuğrul Sağlamla yollarını ayırıb.
Buna səbəb Superliqanın XIII turunda komandanın öz meydançasında “Kayserispor”a (1:2) məğlubiyyəti olub. Qarşılaşmadan dərhal sonra klubun İdarə Heyətinin iclası keçirilib və təcrübəli mütəxəssislə yolların ayrılması qərara alınıb. Yeni baş məşqçi gətirilənə qədər komandaya Ersel Üzgür rəhbərlik edəcək.
Qeyd edək ki, “Bursaspor” 13 turdan sonra turnir cədvəlində 12-ci pillədə qərarlaşır.