"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev Premyer Liqanın XIV turunda "Zirə" 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərə müsahibə verib. Təcrübəli yarımmüdafiəçi Sportarena.az saytının əməkdaşının da suallarını cavablandırıb:
- Kub rəhbərliyi mətbuata açıqlamasında bildirib ki, Rahid Əmirquliyev komandadan ayrılacaq...
- Çox güman ki, elə olacaq. Bizə dünən dedilər ki, qışdan etibarən azad agentsiz. İndi də gedə bilərəm. Ancaq mən dekabra kimi qalıb, ondan sonra getmək istəyirəm.
- Yəqin ki, maliyyə məsələsinə görə ayrılırsan klubdan...
- Belə deyim də. Qarşılıqlı razılıq əsasında hər şey oldu. Çox nüanslar var. Belə qəraraaldıq ki, yanvarda yolları ayıraq. 2 gün sonra hər şey dəqiqləşəcək.
- 2 gün sonra yenə iclas olacaq?
- Yox. Daha olan olub (gülür). 2 gün sonra açıqlama veriləcək.
- Deyilənə görə, yanvarda təcrübəli futbolçularla yollar ayrılacaq, komandada ancaq gənclər qalacaq...
- Belə bir söhbət var. Onu rəhbərlikdən dəqiqləşdirsəz, daha yaxşı olar. Onu deyə bilərəm ki, heyəti daha da gəncləşdirəcəklər. Cavanlar oynayacaqlar.
- Adın "Qəbələ" ilə yanaşı hallanır. Nəzərə al ki, ora gedən heç bir yerli futbolçu əsas heyətə düşə bilmir...
- Vallah, hələ heç bir klubla danışıq aparmamışam. Yalan söhbətdi. İnşallah dekabrın sonuna kimi burdayam.
Vüsal MİRZƏYEV