"Sanki, hakim meydançada özünü itirmişdi" - Yunis Hüseynov

19:25 28 Noyabr 2015

"Oyun istədiyimiz kimi alınmadı. Məğlub olmaq istəməzdik, nəticəyə görə təəssüflənirik. “Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın XIV turunda "Zirə"yə 0:1 hesablı məğlubiyyətə şərh verib:

 

"Qarşıdan gələn kubok oyununa kasad heyətlə hazırlaşacağıq. Mən əvəzedici heyətdə 90 dəqiqə meydançada olan futbolçunu bu gün yenə oyuna buraxmaq məcburiyyətində idim. Artıq Premyer Liqada 14-cü tur geridə qalır. İndiyə kimi hakimlik barədə danışmamışam. Bu gün isə hakimlik xoşuma gəlmədi. Sanki, hakim meydançada özünü itirmişdi. Epizodlar zamanı düzgün qərarlar vermədi, belə olmaz. Hakimlikdən çox narazı qaldım. Elə epizodlar vardı ki, sırf komandanın əleyhinə işlədi".


Digər xəbərlər

Xəbər xətti