Orxan Sadıqlı: "İndidən deyim ki, gedirəm ya getmirəm bu düzgün olmaz"

00:01 29 Noyabr 2015

“Bərabər oyun getdi. Kim səhv edəcəkdisə məğlub olacaqdı. Biz səhv etdik və uduzduq. Biz vursaydıq oyunu biz udacaqdıq, yenə biz vurduq amma öz qapımıza.”
Bu sözləri “Zirə”yə 1:0 hesabı ilə məğlub olan “Xəzər Lənkəran”ın qolkiperi Orxan Sadıqlı  sportarena.az  saytına açıqlamasında deyib. Gənc qapıçı  son günlər təcrübəli futbolçuların komandadan ayrılmasına da aydınlıq gətirib. Sadıqlı ilin sonuna qədər klubda qalacağını bildirib.
“Hər şey dekabrın axırında bəlli olacaq. İndidən deyim ki, gedirəm ya getmirəm bu düzgün olmaz. Hələ ki, “Xəzər Lənkəran”dayam bundan sonrakı 4-5 oyunda əlimizdən gələni edəcəyik. Ondan sonra qərar veriləcək.
 Dünən klubdaxili iclas oldu və bizə deyildi ki, heçnəyi fikirləşməyin. Bunlar oyununuza təsir etməməlidir. Düzdür problemlər var ancaq söz verildi ki, dekabrdan sonra yeni komanda qurulacaq. Super səviyyəli komanda olmasa da orta səviyyəli klub olacaq.”


Digər xəbərlər

Xəbər xətti