Əsgər Abdullayev: "Neftçi"nin mənə ehtiyacı varsa..."

20:11 29 Noyabr 2015

"Qarabağ" güclü rəqibdir. Hər mövqedə güclü, mübarizə aparan futbolçuları var. Biz bütün bunları bilirdik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev deyib. O, Premyer Liqanın XIV turunda "Qarabağ" üzərində qələbə qazandıqları oyun haqda fikirlərini açıqlayıb:

 

"Matça gəldikdə isə futbolçular tapşırıqları yerinə yetirdilər. Oyunun son dəqiqələrində top bizdə az oldu. Sona doğru müdafiəyə daha çox diqqət ayırdıq. Elşən Abdullayevin əvəzlənməsi ilə bağlı ona deyə bilərəm ki, gənc oyunçudu, istəklidi, topla davranmağı sevir. Elşən ümidləri doğrulda bilən futbolçudur".

 

Abdullayev fikirlərini bu cür tamamlayıb: "Mənim futbol karyeram "Neftçi"də başlayıb, "Neftçi"də sona çatıb. Bu komandanın mənə ehtiyacı varsa, burdayam".


Digər xəbərlər

Xəbər xətti