"Dünyanın axırı deyil" - İlqar Qurbanov

20:23 29 Noyabr 2015

"Azarkeşlər üçün maraqlı oyun oldu, yaxşı komandaya qarşı oynadıq. Çətin oyun keçdi."

 

Bu sözləri Sportarena.az-a açıqlamasında "Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov deyib. Təcrübəli futbolçu Premyer Lİqanın XIV turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyun haqda fikirlərini açıqlayıb:

 

"Futbolda məğlubiyyətlər olur. İstəməzdim, məğlub olaq. Bir standart vəziyyətdən qol vurdular. Hər bir futbolçu meydan çıxanda istəkli və ciddi olmalıdı. Dünyanın axırı deyil. Məğlubiyyətdən dərs çıxarmaq lazımdı. Bizim hakimlər yaxşı hakimlərdi. Ola bilər, qol vurduğum epizodda ofsayt yox idi. Artıq bunun önəmi yoxdu, matç bitib".

 

Qurbanov topdaşıyan uşaqla arasında baş verən olaya da şərh verib: "Uşaqları belə öyrətmək olmaz. 8-10 yaşlı uşaqlardı. Oyun gedir, topu vermirlər. Demək istəyirəm ki, elə şeylər etməsinlər. Yerli komandaların oyunudu, temp olmalıdı. Yəqin ki, məşqçiləri öyrədir. Bu düzgün deyil".


Digər xəbərlər

Xəbər xətti