"Qarabağ"a qol vuran futbolçu danışdı

20:30 29 Noyabr 2015

"Qarabağ"a qalib gəldiyimiz üçün şadam. Meydana 3 xal üçün çıxmışdıq. Qələbə qolunu vurduğuma görə sevinirəm".

 

Bu sözləri Sportarena.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Rəhman Hacıyev deyib. Premyer Liqanın 14-cü turunda "Qarabağ"a qalib gəldikləri oyun haqda danışan gənc yarımmüdafiəçi bunları söyləyib:

 

"Qolu mən vursam da, qələbədə bütün komandanın əməyi oldu. Yaxşı oyuna görə komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. "Neftçi"də dəyişən odur ki, indi daha çox əziyyət çəkib çalışırıq. Əvvəl də komandamızda heç bir problem yox idi. Uğursuzluqları şanssızlıqla əlaqələndirirəm. Biz hər oyuna qələbə üçün çıxırıq. Düşünürəm ki, bu gün işimizin öhdəsindən gəldik".


Digər xəbərlər

Xəbər xətti