Bu gün İngiltərə Premyer Liqasında keçirilən “Tottenhem” – “Çelsi” oyununda Dieqo Kosta Mourinyoya qarşı hörmətsizlik edib.
Sportarena.az xəbər verir ki, matçın iştirak ərizəsində adı olduğu halda meydana buraxılmayan Kosta əsəbiləşərək məşq formasını çıxararaq Mourinyonun olduğu yerə atıb.
Oyundan sonra Mourinyo bildirib ki, onun Kosta ilə heç bir problemi yoxdur: “Əgər Kostanın məni təhqir etmək fikri olsaydı, üzərimə məşq forması atmazdı. Dieqo etiraz etməməlidir. Son matçlarda o, əsas heyətdəydi, bu gün isə mən dəyişiklik edib bir hücumçu ilə oynadım. Mən komandamın bugünkü oyunundan razıyam”.