Elvin Yunuszadə: “Neftçi” azarkeşlərinə hörmətlə yanaşıram"

00:42 30 Noyabr 2015

“Komandada yorğunluq var. Çox sıx qrafikdə oynuyuruq. “Neftçi” də bu dəqiqə yüksəlişdədir. Yeni məşqçi gəldikdən sonra Lənkəran da qalib gəldilər. Bilirdik çətin oyun olacaq. Nə etmək olar, gələn oyunlara hazırlaşıb qələbə qazanmağa çalışacağıq.” 
Bu sözləri Sportarena.az saytına açıqlamasında “Neftçi”yə 1-0 hesabı ilə məğlub olan “Qarabağın” futbolçusu Elvin Yunuszadə deyib:
“Hələ çempionat qabaqdadır. Indidən rahatlaşa bilmərik. Biz bunu bilirdik sadəcə olaraq bu gün oyunumuz alınmadı.”
Yunuszadə “Neftçi” azarkeşlərinin ona ünvanladıqları sərt şüarlar (“Neftçi”nin çörəyi haramın olsun) barədə də danışıb: 
“Nə deyə bilərəm, “Neftçi” azarkeşlərinə hörmətlə yanaşıram. Amma mən bunu onlardan gözləmirdim. Hətta mənə dəstək olacaqlarını gözləyirdim.”

 


Digər xəbərlər

Xəbər xətti