Millimizin müdafiəçisi Pavel Paşayevin klubu şərəfini qoruduğu "Metallurq" biabırçı hesabla uduzub. Sportarena.az xəbər verir ki, bu gün Ukrayna Premyer Liqasının 16-cı turunda səfərdə "Volın"la qarşılaşan Zaporojye təmsilçisi 1:9 hesabı ilə məğlub olub.
Paşayev bu oyunda iştirak etməyib. Ümumiyyətlə, onun adı matçın iştirak ərizəsində olmayıb.
Qeyd edək ki, 15 oyundan ehtiyatında 3 xal olan "Metallurq" sonuncu yeri tutur.