"Zəif çıxış etmədik, hətta yaxşı oyunlarımızdan birini keçirdik. Sadəcə, bəxtimiz gətirmədi".
Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in müdafiəçisi Şəhriyar Əliyev deyib. O, Premyer Liqanın XIV turunda "İnter"lə qolsuz bərabərliyə qaldıqları oyun haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb:
"Qol vurmaq üçün çoxlu şansımız oldu, amma vura bilmədik. Rəqibin qapıçısı yaxşı oynadı. Qələbə qazanmalı idik, heç-heçə də pis nəticə sayılmamalıdı. Qarşıdakı oyunlara baxacağıq".