"Neftçi"nin futbolçusu Rəhman Hacıyev Topaz Premyer Liqasının XIV turunun "Qarabağ"la klubu ilə oyunundan sonra fikirlərini Neftçi TV-yə bildirib. Sportarena.az xəbər verir ki, yeganə qolun müəllifi olan yarımmüdafiəçi qələbəni belə şərh edib:
"Qarabağ"la oyuna qələbə üçün çıxmışdıq. Bu xallar bizə lazım idi. Şükür Allaha ki, buna nail olduq. Komanda yoldaşlarıma, rəhbərliyə, bizə dəstək olan hər kəsə “çox sağ ol” deyirəm. Bizə dəstək oldular, biz də meydana çıxaraq əziyyət çəkib qələbə qazandıq. Qol vurduğum üçün də çox sevinirəm. Amma artıq bu oyun geridə qaldı, gələn oyuna hazırlaşacağıq".