Qış fasiləsində "Xəzər Lənkəran"dan ayrılacaq futbolçuarın adları artıq məlumdur. Komandanı qış tərk edəcək oyunçular arasında komandanın tarixində ən çox oyun keçirmiş oyunçu, kapitan Rahid Əmirquliyev də var.
Sportarena.az xəbər verir ki, azarkeşlər sosial şəbəkədə maraqlı bir mövzunu müzakirəyə çıxarıblar. Belə ki, fanatlar Rahid Əmirquliyevin dekabrın 20-i "İnter"ə qarşı geyinəcəyi formanın klubun müzeyində əbədiləşdirilməsini və 14 nömrəli futbolkanı başqa heç bir futbolçuya verilməməsini təklif ediblər.