"Qızıl top"a 3 namizəd qaldı

18:23 30 Noyabr 2015

İlin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına namizədlərin sayı 3-ə enib. Sportarena.az xəbər verir ki, FİFA 23 nəfərlik siyahıdan sözügedən mükafatı qazana biləcək "3-lüy"ü müəyyənləşdirib.

 

Beləliklə, "Qızıl top" uğrunda "Barselona"dan Lionel Messi və Neymar, "Real"dan isə Kriştianu Ronaldo mübarizə aparacaq.

 

Qeyd edək ki, ilin futbolçusu yanvarın 11-də Sürixdə müəyyənləşəcək.


Digər xəbərlər

Xəbər xətti