FİFA "İlin məşqçisi" nominasiyası üzrə namizədlərin yekun siyahısını açıqlayıb.
Sportarena.az xəbər verir ki, siyahıda Luis Enrike ("Barselona"), Xosep Quardiola ("Bavariya") və Xorxe Sampaoli (Çili millisi) yer alıblar.
Qeyd edək ki, ilin ən yaxşı məşqçisi yanvarın 11-də Sürixdə müəyyənləşəcək.