"Oyun barədə nə deyə bilərəm? Nəticədən narazıyam. Biz bu oyunda qalib gəlmək istəyirdik".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Ukraynalı mütəxəssis Premyer Liqanın XIV turunda "Rəvan"la 1:1 hesablı heç-heçəni şərh edib:
"Hücumlarımızın sonluğunu gətirə bilmirdik. Top bizdə çox olurdu, çox hücumlar edirdik, ancaq bu hücumları qola çevirə bilmədik. Bu, bizim çatışmazlığımız kimi qalır. Bu səbəbdən xeyli xallar itiririk".