"Əvvəlcədən oyunun ağır keçəcəyini bilirdik. "Qəbələ"nin oyun üslubuna bələdik. Çox yaxşı komandadı".
Sportarena.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Roman Qriqorçuk deyib. Premyer Liqanın XIV turunda "Qəbələ" ilə səfər heç-heçəsi haqda danışan çalışdırıcı hakimlərə söz atıb:
"Qələbəni niyə əldən verdiyimizi deməyəcəm. Sadəcə, hakimə minnətdaram. Başqa heç nə demirəm. İlk dəqiqələrdən vurulan və ya buraxılan qol adama o qədər təsir eləmir, sonuncu saniyələrdə buraxdığımız qol bir az məni məyus edib. Ancaq nəticədən də, futbolçuların oyunundan da razıyam. Biz nə üçün gəlmişdiksə, onu əldə edib gedirik. Müdafiədən oynadıq, qolumuzu vurduq. Təəssüf ki sonda qol buraxdıq".