Neymar keçmiş klubuna 2 milyon avro qazandırdı

21:30 30 Noyabr 2015

“Barselona”nın ulduz futbolçusu Neymar ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatında namizədlər arasında ilk “3-lüy”ə düşərək keçmiş klubu “Santos”a 2 milyon avro qazandırıb.
Sportarena.az xəbər verir ki, 2013-cü ildə transfer olunan futbolçunun müqaviləsindəki şərtə görə əgər Neymar “Qızıl top” mükafatını qazanmaq üçün seçilən 3 futbolçudan biri olarsa “Barselona” buna görə “Santos” klubuna 2 milyon avro ödəməli olacaqdı.
Qeyd edək ki, ilin futbolçusu yanvarın 11-də Sürixdə müəyyənləşəcək.

 


Digər xəbərlər

Xəbər xətti