Bu gün "Topxana" qəzetinin 2-ci sayı işıq üzü görüb. Qəzetin təsisçisi və baş redaktoru ANS-in keçmiş əməkdaşı Asif Bağırovdur. Noyabrda qəzetin "siqnal" nömrəsi buraxıldıqdan sonra "Topxana" bu aydan etibarən həftənin II və V günləri mütəmadi olaraq satışa çıxarılacaq. Qəzetdə "Topaz"ın proqramları və futbol statistikası yer alacaq. Satış qiyməti 50 qəpik olan “Topxana”nı qəzet köşklərindən və səyyar satış nöqtələrindən əldə etmək mümkündür.