"Karşıyaka" rəhbərliyi komandanın baş məşqçisi Kamal Özdeşin istefa istəyinə münasibət bildirib. Sportarena.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu klubun prezidenti Ali Erten günahı çalışdırıcıda yox, futbolçularda gördüyünü vurğulayıb:
"Baş məşqçimiz heç bir tələb qoymadan komandadan ayrılacağını bizə bildirib. Lakin fikrimizcə, komandanın uğursuz çıxışının səbəbi baş məqşçi deyil. Futbolçularla ciddi söhbətimiz olacaq. Çərşənbə günü Türkiyə kubokunda "Tekirdağspor"la oyundan sonra vəziyyətə görə bəzi tədbirlər görəcəyik".