Bu həftə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Sportarena.az xəbər verir ki, iki gün ərzində 8 cütdə qalib müəyyənləşəcək.
Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələcək cütlərin ölkə kubokundakı oyunlarının balansını təqdim edir.
Azərbaycan kuboku
1/8 final
2 dekabr (çərşənbə)
“Turan Tovuz” – “İnter” – indiyədək qarşılaşmayıblar
“Qarabağ” – “Şəmkir” – 7 oyun, +3=1-3, top fərqi 10-7
12 ildən sonra kubokda yolları kəsişən əyalət klubları 5-ci dəfə üz-üzə gəlir. 7 oyundan ibarət 4 əvvəlki duelin 1-də “Şəmkir”, 2-də “Qarabağ” mərhələ keçibsə, yarışın biri yarımçıq dayanıb. Son 3 qarşılaşmada şəmkirlilər qalib gəlib.
1993 1/16 final Qarabağ (Ağdam) - Şəmkir 5:0, 3:1
1994/95 1/16 final Qarabağ (Ağdam) - Şəmkir 1:0, 0:0
2001/02 1/4 final Şəmkir - Qarabağ-Azərsun (Ağdam) 2:0
2003/04 1/2 final Qarabağ-Azərsun (Ağdam) - Şəmkir 1:2, 0:2
“Neftçala” – “Sumqayıt” – indiyədək qarşılaşmayıblar
“Xəzər Lənkəran” – “Kəpəz” – indiyədək qarşılaşmayıblar
“Neftçi” – “Qaradağ Lökbatan” – 3 oyun, 3=0-0, top fərqi 10-0
Ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə “Qaradağ Lökbatan” 1/8 finalda “Neftçi” ilə qarşılaşacaq. “Ağ-qaralar” əvvəlki 3 oyunda qol buraxmadan qalib gəlib.
2009/10 1/8 final Neftçi (Bakı) - Neftçi-İSM (Bakı) 5:0, 2:0
2014/15 1/8 final Neftçi (Bakı) - Qaradağ-Lökbatan 3:0
AZAL – “Zirə” – indiyədək qarşılaşmayıblar
03 dekabr (cümə axşamı)
“Rəvan” - “Bakı” – 3 oyun, +1=1-1, top fərqi 1-1
3-cü dəfə üz-üzə gələn paytaxt təmsilçilərinin əvvəlki duellərinin taleyi penaltilər seriyasında həll olunub. Hərəyə 1 dəfə qalib gələn rəqiblərin oyunlarındakı balansda da tarazlıqdır.
2011/12 1/8 final Bakı - Rəvan (Bakı) 0:0, p.3:2
2013/14 1/4 final Rəvan (Bakı) - Bakı 0:1, 1:0, pen. 9:8
“Qəbələ” – “Mil-Muğan” – 1 oyun, +1=0-0, top fərqi 2-1
2 ildən sonra yenidən 1/8 finalda qarşılaşan komandaların yeganə duelində Premyer Liqa təmsilçisi qalib gəlib. Lakin həmin görüşdə hər iki komanda qol sevinci yaşayıb.
2013/14 1/8 final Mil-Muğan (İmişli) - Qəbələ