Kapitan "Xəzər Lənkəran"da 250-ci oyununu keçirdi

12:50 1 Dekabr 2015

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev yubiley oyununu keçirib. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Premyer Liqada 250-ci dəfə “ağ-yaşıllar”ın formasını geyinib. Bu, Topaz Premyer Liqasının XIV turunun “Zirə” ilə səfər qarşılaşmasında gerçəkləşib.

 

İndiyədək komandada hamıdan çox – 314 qarşılaşma keçirən orta sahə oyunçusu 249 dəfə çempionat görüşündə iştirak edib. Əmirquliyevin digər oyunları avrokuboklara, Birlik kuboku, Superkubok və ölkə kubokuna təsadüf edib. Komandadakı 10-cu mövsümündə 250-yə çatan kapitan bu qarşılaşmalarda 23 qol vurub, 43 sarı vərəqə alıb.

 

Onun 2006-cı ilin yayında keçdiyi “Xəzər Lənkəran”da debütü 2006/07 mövsümünə təsadüf edib. O, avqustun 11-də “Xəzər Lənkəran” mərkəzi stadionunda “Neftçi”yə qarşı keçirilən matçın 78-ci dəqiqəsində oyuna daxil olub. Bunadək Qusar “Şahdağ”ında çıxış edən yarımmüdafiəçi ümumilikdə Premyer Liqada 306 qarşılaşma keçirib.


Digər xəbərlər

Xəbər xətti