Azarkeşləri "Qarabağ"ı xərcə saldı, "Xəzər Lənkəran"ın futbolçusu cəzalandı

14:11 1 Dekabr 2015

AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportarena.az xəbər verir ki, İK Premyer Liqanın XIV turunda baş verən qayda pozuntularına hüquqi qiymət verib.

 

"Zirə" – "Xəzər Lənkəran" matçının 56-cı dəqiqəsində qonaq komandanın futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Bundan başqa, oyunun 59-cu dəqiqəsində "Zirə"nin futbolçusu Nelson Bonilya ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

"Neftçi" – "Qarabağ" matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Fasilə zamanı "Qarabağ"ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

 

"Qəbələ" – "Rəvan" matçında "Rəvan" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur


Digər xəbərlər

Xəbər xətti