Millimiz Polşada 3 medal qazandı

15:27 1 Dekabr 2015

Şinkyoşkin karate üzrə milli komandamız Polşada keçirilən Avropa çempionatında 4 nəfərlik heyətlə çıxış edib. Sportarena.az xəbər verir ki, turnirə federasiyanın vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında yollanan komandamız uğurlu çıxışla yadda qalıb.

 

Belə ki, idmançılarımızdan Eltac Hümbətov bütün rəqiblərinə qalib gəlib. Nəticədə qızıl medala layiq görülən karateçi himnimizi səsləndirib.

 

Hümbətovdan fərqli, Emin İsmayıllı və Elpərəst Sayadov isə bürünc medal qazanıblar.


Digər xəbərlər

Xəbər xətti